Minimum Əməkhaqqı Siyasəti Simulyatoru
Bu interaktiv simulyator minimum əməkhaqqı siyasətində edilən dəyişikliklərin əmək müqavilələrinin sayı, yoxsulluq, real ailə gəliri və gəlir qrupları üzrə bölgü üzərində yarada biləcəyi mümkün təsirləri qiymətləndirmək üçün hazırlanmışdır.
İstifadəçi 2015–2025-cı illər üzrə real göstəriciləri Excel və ya CSV faylı kimi yükləyir. Sistem həmin baza məlumatlarından istifadə edərək 2026–2032 dövrü üçün əsas göstəriciləri avtomatik proqnozlaşdırır və seçilən minimum əməkhaqqı ssenarisinə görə nəticələri hesablayır.
Modeldə hədəf minimum əməkhaqqı, tam tətbiq ili, analiz bölməsi və hədəf ildən sonrakı indeksləşmə qaydası seçilə bilər. Analiz bölməsi kimi cəmi əmək müqavilələri, özəl sektor və dövlət sektoru ayrıca qiymətləndirilə bilər.
Qeyd: Bu alət rəsmi proqnoz deyil; istifadəçinin daxil etdiyi real məlumatlar və seçilmiş model parametrləri əsasında simulyasiya nəticəsi yaradır.
Seçilmiş ssenari
Hədəf minimum əməkhaqqı və tətbiq ili seçildikcə bu hissə avtomatik yenilənəcək.
İndeksləşmə
Hədəf ildən sonrakı düzəliş qaydası burada göstəriləcək.
Nəticə məntiqi
Excel faylı inteqrasiya ediləndən sonra baza il, inflyasiya və 2032 nəticəsi burada görünəcək.
Minimum Əməkhaqqının İllər Üzrə Səviyyəsi
AZN
Əmək Müqaviləsində Mümkün Dəyişmə
Milyon müqavilə
Yoxsulluqda Olan Əhali Sayında Dəyişmə
Milyon nəfər
Yoxsulluğa Daxil Olan və Yoxsulluqdan Çıxan Əhali
Milyon nəfər
Real Ailə Gəlirində Ümumi Dəyişmə
Milyard AZN
Real Ailə Gəlirində Dəyişmənin Gəlir Qrupları Üzrə Bölgüsü, 2026
Milyard AZN
Nəzəri Model Parametrləri
Bu bölmədə cəmi əmək müqavilələri, özəl sektor və dövlət sektoru üçün model parametrləri ayrıca daxil edilir. Excel-də bu göstəricilər varsa, sistem onları götürür; yoxdursa burada yazılan dəyərlər işləyir.
Cəmi model parametrləri
Özəl sektor parametrləri
Dövlət sektoru parametrləri
Qeyd: Təsirlənən müqavilə payı bu paneldən daxil edilmir. Həmin göstərici Excel-dəki pay sütunundan və ya minimum əməkhaqqı ilə çalışanların sayı / müqavilə sayı nisbətindən hesablanır.
Əmək Müqavilələri, Gəlir və Yoxsulluq Üzrə Yekun Nəticələr
| Göstərici | 2026 | 2030 | 2032 |
|---|---|---|---|
| Cədvəli görmək üçün məlumat faylı yükləyin. | |||
Cədvəldəki dəyərlər seçilmiş ssenariyə, real 2015–2025 məlumatlarına və 2026–2032 avtomatik proqnozuna əsasən hesablanır.
Model Qeydləri və Fərziyyələr
Bu simulyator rəsmi proqnoz deyil. 2015–2025 məlumatları istifadəçinin yüklədiyi real statistik məlumatlara əsaslanır. 2026–2032 göstəriciləri isə keçmiş artım tempi və trend əsasında avtomatik proqnozlaşdırılır.
- Excel-də əlavə model sütunları varsa, sayt həmin dəyərləri istifadə edir.
- Əlavə model sütunları boşdursa, paneldəki nəzəri parametrlər istifadə olunur.
- Təsirlənən müqavilə payı paneldən daxil edilmir; Excel-dəki pay sütunundan və ya minimum əməkhaqqı ilə çalışanların sayından hesablanır.
- Panel də boşdursa, sistem nəzəri default dəyərlərlə hesablayır.
- Hədəf minimum əməkhaqqı qutuda sərbəst yazıla bilər; slider isə 5 AZN addımlarla işləyir.
- Analiz bölməsi kimi cəmi əmək müqavilələri, özəl sektor və dövlət sektoru ayrıca seçilə bilər.
- Hədəf ildən sonra minimum əməkhaqqı sabit qala, orta inflyasiya ilə və ya median inflyasiya ilə indeksləşə bilər.
- Gəlir qrupları üzrə bölgü qrafiki seçilmiş Tam Tətbiq İli üçün hesablanır.
Qeyd: Əmək müqavilələrinin sayı üzrə 1.06, 0.50 və 1.50 dəyərləri ekonometrik olaraq sübut edilmiş sabit elastikliklər deyil. Bunlar ssenari qiymətləndirmələrində istifadə edilən kalibrasiya əmsallarıdır.